Ukraynanın Xarkov vilayətində sərhədçilər Kremlin iki agentini saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, həmin şəxslərdən biri təxribat əleyhinə tədbirlər zamanı sərhədçilər tərəfindən ifşa edilib.
Belə ki, nəzarət postlarının birində sərhədçilər müdafiə qüvvələrinin mövqelərinin fotoşəklini çəkməyə çalışan şəxsi saxlayıblar. Vəziyyətin aydınlaşdırılması zamanı məlum olub ki, həmin şəxsin mobil telefonunda Ukrayna ordusunun bölmələrinin və növbətçi məntəqələrinin koordinatları qeyd olunub. Həmçinin, telefonda rus kuratoru ilə yazışma tarixçəsi də aşkarlanıb.
Digər əməliyyat isə Xarkov vilayətinin yaşayış məntəqələrində həyata keçirilib. Əməliyyat zamanı hərbçilər Rusiya vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs yerli əhalini Rusiya Silahlı Qüvvələrinə cəlb etməyə cəhd edib.
Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir.
R. Yaquboğlu