Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 64 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 251 min 242 nəfərin test edildiyi, 11 min 194 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 15 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.