Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin bazar günü Ukraynadakı hadisələrlə bağlı danışıqlar aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks"ın məlumatında 2 ölkə liderlərinin Rusiya və Ukrayna arasında növbəti danışıqların yerinin İstanbul olması barədə razılığa gəldikləri qeyd olunub.
Ərdoğan həmçinin Ukraynada tezliklə atəşkəsə nail olunmasının vacibliyini, eləcə də Türkiyənin humanitar yardım göstərməyə hazır olduğunu bildirib.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə təmaslarını davam etdirir və onun diplomatiyasının əsas vəzifəsi vəziyyətin nizamlanmasına nail olmaqdır.
Ağarza Elçinoğlu