Gürcüstan və Ermənistan sərhədində zəlzələ baş verib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ Lori vilayətinin Paxaxpyur kəndində 2-3 bal gücündə hiss olunub.