Pakistanın Baş naziri Şahbaz Şərif Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öncəsi Rusiya prezidenti Vladimir Putinlə görüşərkən tərcümə qulaqcığını taxa bilməməkdə çətinlik çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki lider əl sıxdıqdan sonra yerlərini tutublar. Putin tərcüməçi qulaqcığını taxıb və Şerifə də işarə edərək taxmasını istəyib.
Belə ki, Şərif qulaqcıqları götürsə də taxmaqda çətinlik çəkib. O, qulacağı taxa bilmədiyi üçün zaldakı insanlara səslənib.
"Kimsə mənə kömək edə bilərmi?" ,- deyə səslənən Baş nazirə kömək göstərilib.
Şahbaza taxılan qulaqcıq bir neçə saniyədən sonra yerə düşüb. Putin gülümsəyərkən Şərifin qulaqcıqları taxılıb və söhbət başlayıb. Şərifin çətin anları sosial mediada da gündəm olub.
Gülayə Mecid