ABŞ Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Aleksey Reznikovla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.Sallivan iqtisadi və humanitar yardımın davam etdiriləcəyini təsdiqləyib.

Daha əvvəl “Bloomberg“ mənbələrə istinadən xəbər vermişdi ki, Sallivan noyabrın 4-də Kiyevə elan olunmamış səfər edib.

22:50

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü Kiyevə elan olunmamış səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg etibarlı mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Ev rəsmisi Ukraynanın paytaxtında Ukrayna prezidenti Volodimir Zelenski , eləcə də onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib . Aparılan müzakirələrin təfərrüatları, eləcə də səfərin digər təfərrüatları açıqlanmır.

ABŞ administrasiyası hələlik agentliyin dərc etdiyi məlumatın rəsmi təsdiqini təqdim etməyib.

Daha əvvəl məlum olub ki, Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak yaxın gələcəkdə Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüşə ümid edir .

Gültəkin Ələsgər