Bu ilin əvvəlindən Rusiyada 123 terror cinayətinin, habelə 64 terror aktının qarşısı alınıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsinin məlumatında bildirilib.
Bildirilir ki, Rusiya Federasiyasında il ərzində terror təzahürlərinin sayı artıb. Terrorların Ukrayna xüsusi xidmət orqanlarının təxribat fəaliyyəti ilə əlaqəli olduğu vurğulanıb.