Çərşənbə axşamı İranın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 49,9 min nəfərin yaşadığı Təbəs şəhərindən 51 km şimal-şərqdə yerləşib.
Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.