Türkiyənin Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.
"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb.
Hadisə nəticəsində 1 mülki vətəndaş və 8 polis əməkdaşı yaralanıb.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Partlayışın baş vermmə səbəbləri araşdırılır.