Türkiyədə baş verən zəlzələlərdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə fəaliyyətlərinə Belarus da qoşulub.
"Unikal" xəbər verir ki, bu barədə Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib.
Fevralın 8-də Belarus "Zubr" təcili xilasetmə qrupunu Türkiyəyə göndərib. 32 nəfərlik ilk qrup bu gün zəlzələ bölgəsinə müdaxilə edəcək. Digər qrup isə sabah yola düşəcək.
Komanda üçün hələlik 12 günlük iş qrafiki qurulub. Onun tərkibində xüsusi təlim keçmiş itlər və axtarış-xilasetmə vasitələri var.
Ağarza Elçinoğlu