Türkiyədə "əsrin fəlakəti" olaraq xarakterizə edilən 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, Hatayda işlərini davam etdirən İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları zəlzələdən təxminən 90 saat sonra anası ilə birlikdə 10 günlük Yağız Ulaş adlı körpəni dağıntılar altından xilas edib.
Ana və körpəyə ilkin müayinə göstərilib. Qısa zamanda onlar xəstəxanaya yerləşdirilib.
Gülayə Mecid