Rusiya Ukraynada əvvəllər proqnozlaşdırılan yeni hücuma başlayıb.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
O qeyd edib ki, artıq bir neçə istiqamətdə Rusiya hücumlar həyata keçirir. Zelenskinin sözlərinə görə, Ukrayna hərbçiləri əks-hücum imkanı olana qədər Rusiyanın hücumuna müqavimət göstərə biləcəklər, lakin Qərb daha çox hərbi yardım göstərməlidir.
"Müasir silahlar sülhün gəlişini sürətləndirir. Silahlar Rusiyanın yeganə anladığı dildir", - deyə Zelenski əlavə edib.