Müasir dünyada Ukraynada hərbi münaqişə uzun illər davam edə bilməz.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “İl Mondo” nəşrinə deyib.
“Biz qələbə ilə bitəcək qısamüddətli müharibəyə hazırlaşırıq. 2014-cü ildə olduğu kimi bu münaqişəni dondurmamaq çox vacibdir”, - deyə Zelenski nəşrə bildirib.
Zelenski bir daha xatırladıb ki, Ukrayna on bənddən ibarət sülh formulunu təklif edib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenskinin ölkənin NATO-ya qəbulu ilə bağlı çağırışlarına cavab vermədiyi bildirilib.