Rusiyanın ÇSKA futbol klubunun prezidenti Yevgeni Giner Ukraynanın ona qarşı tətbiq etdiyi sanksiyalara görə məhkəməyə şikayət edib.
"Unikal" xəbər verir ki, bu barədə “Ukrayna məhkəmə hakimiyyəti” dövlət portalının məlumat yayıb.
Belə ki, Rusiyanın Giner şirkəti fevralın 17-də Ali Məhkəməyə şikayət ərizəsini göndərib. O, Ukrayna Prezidenti Voldimir Zelenskinin 19 oktyabr 2022-ci il tarixli 727 saylı fərmanını qanunsuz elan və ləğv etmək istəyir.
Zelenskinin sərəncamına əsasən, Yevgeni Ginerə qarşı 13 növ sanksiya tətbiq edilib. Onların arasında aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, kapitalın Ukraynadan kənara çıxarılmasının qarşısının alınması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması və s.
Sanksiyalar 10 il müddətində qüvvədə olacaq.
Xatırladırıq ki, Ginerin adı mediada tez-tez daha iki rusiyalı - Dövlət Dumasının deputatı Aleksandr Babakov və İnterpolun məlumatına görə, qondarma "qanuni oğru" statusuna malik Mixailo Voevodinin əhatəsində hallanır. Onların hamısı Kremlə yaxın qeyri-rəsmi “Lujniki” qrupuna aiddir.
Gülayə Mecid