Türkiyənin Konya vilayətində mütəşəkkil sənaye zonasındakı plastik fabrikində irimiqyaslı yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında Səlcuqlu səmtində qeydə alınıb. 

Yanğın uzun sürən çalışmalar nəticəsində nəzarətə götürülüb. Fabrikə böyük ziyan dəyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu