Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.
"Unikal" xəbər verir ki, sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.
Azadlığa buraxılanlar içərisində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.
*** 09:51
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, əfv olunanlar siyahısında mədəniyyət nazirinin sabiq müavini Bayramov Rafiq Yasin oğlu da var.
Sərəncama əsasən, o həbsdən azad edilib.
Qeyd edək ki, Bayramov Rafiq Yasin oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmişdi.