Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən Kapital Bank 8 may – Beynəlxalq Talassemiya Günü ərəfəsində Azərbaycan Talassemiya Federasiyası ilə birgə ənənəvi qanvermə aksiyası keçirib.
"Unikal" xəbər verir ki, “Bir qan, bir can” şüarı ilə keçirilən qanvermə aksiyası 3 və 5 may 2023-cü il tarixində bankın baş ofisində olub.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunan tibb briqadasının həkim-hematoloqları Kapital Bank-ın əməkdaşlarının sağlamlıq durumunu yoxladıqdan sonra onların aksiyada iştirak etmələrinə icazə verib. Ümumi olaraq 100 nəfərdən artıq əməkdaş könüllü olaraq aksiyaya qoşularaq qana ehtiyacı olan uşaqlara dəstək göstərib.
Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.