“Keçən il axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan 14 nəfərdən artıq 11-nin digər xarici dövlətlərdə olmağı müəyyən edilib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Həzi Aslanov deyib.
General bildirib ki, həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi məsələsi ilə bağlı aidiyyəti qurumlara sənədlər təqdim edilib.
O xatırladıb ki, keçən il məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.
Anar Kəlbiyev