Binəqədi Rayon Məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə ilə bağlı qərar qəbul edib.
"Unikal" xəbər verir ki, onun barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Bu gün keçmiş XTQ mənsubu olan qazi Namiq Babayevi döyən idmançı Rəvan Nəbizadə tutulub pic.twitter.com/GlK05Cw1wy
— Unikal.az (@UnikalOrgPortal) May 6, 2023