Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, “Veysəloğlu” Distribusiya, “Ulduz” Şokolad Fabriki, “AVT Logistics” və “OBA” marketlər şəbəkəsi hər biri Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
"Unikal" xəbər verir ki, ümumilikdə 500 ağac ianə edən Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü işğaldan azad olunan ərazilərin dirçəlişi və Qarabağda təbiətin yaşıllaşdırılmasına xidmət edəcək. Ağaclar payızda, əkin üçün ən uyğun vaxtda şirkət əməkdaşları tərəfindən əkiləcəkdir.
Veysəloğlu Şirkətlər Qrupu qeyri-neft sektorunda ölkənin ən iri işəgötürənlərindən biridir. Dayanıqlı inkişafı dəstəkləmək, ətraf mühit və cəmiyyət üçün fayda yaratmaq şirkətin prioritetləri sırasındadır.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.