Vətən müharibəsində iki ayağını itirmiş qazi, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Polad Rzayev ulu öndər Heydər Əliyevin adını daşıyan zirvəyə qalxıb.
"Unikal" xəbər verir ki, qazi bu barədə instaqram hesabında paylaşım edib.
O bildirib ki, ulu öndər Həydər Əliyevin 100 illik yubileyi münasibətilə zirvəyə qalxıb:
“Mən 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi Polad Rzayev bu zirvəyə gəlişimi bütün şəhid qardaş-bacılarıma həsr edirəm.
Eyni zamanda mən bura təkcə Polad adından deyil bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi Heydər Əliyev zirvəsindən bütün qazilər adından üzümü həm Azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan keçərək bütün zirvələri qət etməyə hazırıq”.