Bir müddət öncə qeyri-sabit hava şəraitində Ermənistan ərazisinə keçən Aqşin Bəbirova hökm oxunub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, qondarma məhkəmə zamanı hərbçimiz 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hərbçi sərhədi qanunsuz keçməkdə, sərhəddən silah və sursat keçirməkdə təqsirli bilinib.
Digər hərbçimiz Hüseyn Axundovun işi üzrə istintaq davam edir.
Ağarza Elçinoğlu