Cəlilabad şəhəri, Heydər Əliyev prospektində qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırma aparılıb.

"Unikal" xəbər verir ki, aparılan araşdırma zamanı qanunsuz 2 ədəd ağacı kəsən Cəlilabad şəhər sakini 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cəzalandırılaraq cərimə olunub.

Kəsilmiş ağacların yerində Cəlilabad bələdiyyəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmcins ağaclar yenidən əkilib.