Braziliyanın Ali Seçki Məhkəməsində ölkənin keçmiş prezidenti Jair Bolsonaronun siyasi hakimiyyətdən və dövlət mediasından sui-istifadə ittihamı ilə məhkəməsi başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
2022-ci ilin iyulunda xarici diplomatlarla görüşəndən sonra Bolsonaro Braziliyanın seçki sistemi haqqında yalan məlumat yaymaqda və kampaniyasında ona etimadı sarsıtmaqda ittiham olunur.
Əgər onun günahı sübuta yetirilərsə, Braziliyanın eks-prezidenti səkkiz ilədək dövlət vəzifələrində işləməkdən məhrum edilə bilər.