Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) dövlət çevrilişinə cəhddə təqsirləndirilən “KG Group” tikinti şirkətinin rəhbəri İmamidin Taşovu saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə MTK məlumat yayıb. 

Məlumata görə, Taşov Qırğızıstan və Qazaxıstan sərhədini qanunsuz keçdikdən sonra saxlanılıb. 

Onun dövlət çevrilişinə cəhd ittihamı ilə beynəlxalq axtarışa verildiyi deyilir: "Taşov Qara-Balta şəhərinə gedərkən saxlanılıb. O sonradan hakimiyyətin ələ keçirilməsi ilə bağlı etiraz aksiyası keçirmək üçün qüvvələri birləşdirmək üçün müvəqqəti qərargah təşkil etməyi planlaşdırırdı". 

MTK əlavə edib ki, iş adamı hakimiyyəti zorakılıqla ələ keçirmək üçün sosial şəbəkələr vasitəsilə fəal şəkildə tərəfdar toplayırmış.

Ağarza Elçinoğlu