İtaliyanın Milan şəhərində gecə vaxtı yeməklərin satışını qadağan edən qanun tətbiq etməyi planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər ki, məhdudiyyətlər pizza, dondurma və digər yeməklərə təsir edəcək.

Layihə gecə saatlarında Milanın küçələrində səs-küy salan vətəndaşlarla mübarizə aparmaq məqsədi daşıyır. Qadağanın may-noyabr aylarında iş günləri saat 00:30-dan, istirahət günləri isə saat 01:30-dan etibarən qüvvədə olacağı gözlənilir.

Bildirilir ki, şəhər sakinlərinin apellyasiya şikayəti vermək və qanuna dəyişiklik təklif etmək üçün bir neçə günü var. Məlum olub ki, 2013-cü ildə şəhər rəhbərliyi artıq oxşar məhdudiyyət tətbiq etməyə çalışıb, lakin bələdiyyə binası yaxınlığında mitinq təşkil edən dondurma istehsalçılarının etirazından sonra ondan imtina edib.

Gülayə Mecid