Anti-Rusiya bəyanatları ilə məşhur olan Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farion Lvovda güllələnib. 

"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, Farion ağır yaralanıb və vəziyyəti kritikdir.

Rusiya İstintaq Komitəsi Fariona qarşı dörd maddə üzrə cinayət işi açıb, bunun səbəblərindən biri onun Ukrayna Silahlı Qüvvələrinin rusdilli hərbçiləri ilə bağlı açıqlamaları olub. Xüsusilə, o, rus dilində danışanlara ukraynalı deyə bilməyəcəyini söyləmişdi.