Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının İvano-Daryevka kəndini nəzarətə götürüblər. 

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"“Cənub” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının İvano-Daryevka qəsəbəsini azad edərək daha sərfəli mövqelər tutublar ”, - deyə hərbi idarənin “Telergam” kanalının yaydığı məlumatda bildirilir.