Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 157-yə yüksəldiyi bildirilib.

"Unikal" xəbər verir ki,  bu barədə yerli hökumət məlumat yayıb. 

***13:49

Efiopiyanın cənubundakı Qofa bölgəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının 146-ya yüksəlib. 

"Unikal" xəbər verir ki,  bu  barədə ölkənin dövlət televiziyası açıqlama verib. 

Bildirilir ki, ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvləri də var. 

***10:15

Efiopiyanın cənubundakı Qofa bölgəsində səhər saatlarında güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

"Unikal" xəbər verir ki, Qofa Rayon Rabitə Şöbəsi sürüşmə nəticəsində ən azı 55 nəfərin həyatını itirdiyini açıqlayıb və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Seymur Əli