Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Mavritaniya sahillərində gəminin batması nəticəsində 15 miqrantın öldüyünü və 190-dan çox insanın itkin düşdüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, hadisə ölkənin paytaxtı Nuakşot yaxınlığında baş verib. 

Mavritaniya sahil mühafizəsi dördü müşayiət olunmayan uşaq da daxil olmaqla 120 nəfəri xilas etdiyini də qeyd edib.