Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"Unikal" xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub. Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.