Bu gün Türkiyə ilə Ermənistan arasında mühüm görüş keçiriləcək. Xüsusi nümayəndələr sərhəddə görüşəcək. 

"Unikal" xəbər verir ki, Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi, səfir Serdar Kılıç  Ermənistanın Türkiyədəki xüsusi nümayəndəsi Ruben Rubinyanla bir araya gələcək. 

Danışıqların birinci hissəsi sərhədin Ermənistan tərəfində keçiriləcək. Danışıqların ikinci hissəsi Türkiyə tərəfində İğdırda sərhədə yaxın ərazidə davam edəcək.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd infrastrukturu tamamlanan gömrük qapısına baş çəkib. İki xüsusi nümayəndə qərarın həyata keçirilməsi üçün görüləcək işləri və növbəti addımları müzakirə edəcək.

 Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədi Ermənistanın 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra bağlanıb.

İki ölkə arasında İkinci Qarabağ Müharibəsindən sonra danışıqlar başlayıb. Bunun fonunda 2 fevral 2022-ci il tarixindən birbaşa uçuşlara başlanılıb və 2022-ci il iyulun 1-də sərhədin üçüncü ölkə vətəndaşları üçün açılmasına qərar verilib, lakin bu qərar icra oluna bilməyib.

Gülayə Mecid