Pakistanın Lahor şəhərində və Hayber Pakhtunkhva əyalətində son 44 ilin ən güclü yağışları başlayıb. 

“Unikal” KİV-ə istinadən xəbər verir ki, Pəncab əyalətinin Lahor şəhərində 3 saatda hər kvadrat metrə 350 millimetr yağıntının 6 nəfərin ölümünə səbəb olduğu qeydə alınıb. 

Şəhərdə yollar bağlanıb, evlər və xəstəxanalar su altında qalıb. Şəhərin son vəziyyəti ilə bağlı bəzi uçuşlarda gecikmələr yaşanıb.

Qeyd edək ki, Hayber Pakhtunkhva əyalətində də eyni səbəbdən 12-si uşaq olmaq üzərə 24 nəfər həyatını itirib.

Fidan Nuriyeva