Rusiyada Dövlət Dumasının deputatı Sultan Həmzəyev sənətçilərin səhnəyə çıxmazdan əvvəl alkoqol və narkotik maddə olub-olmadığını yoxlamağı təklif edib.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki,  dövlət qulluqçusunun sözlərinə görə, bu, ciddi tələb olmalıdır.

"Estrada ulduzlarının, müğənnilərin və şoumenlərin alkoqol və ya narkotikdən sərxoş halda səhnəyə çıxmasını qadağan etmək lazımdır", - deyə Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib. 

Belə ki, o, ictimai xadimlərin alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində görünməsinə görə məsuliyyətin sərtləşdirilməsini, o cümlədən onların ictimai çıxışlarına qadağa qoyulmasını təklif edib.