Bosniya  orta məktəbdə baş verən atışmanın təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, hadisə Sanski-Most şəhərində törədilib.

Məlumata görə, hadisəni törədən şəxs məktəbin əməkdaşlarından biridir. Onun həbsi ilə bağlı hələlik məlumat yoxdur.

Məktəbin direktoru və katibinin də ölənlər arasında olduğu bildirilib.

*** 14:12

Bosniyada məktəbə silahlı hücum olub.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Zərifə Nağıyeva