Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, digər mənzillər yanğından mühafizə olunub.

*** 16:37

Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində baş verən yanğın səbəbindən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Unikal"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

*** 16:06

Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.