Ağstafada həyətindən üzüm yığan ər və aarvad faciəvi şəkildə ölüb.

"Unikal"ın məlumatına görə, rayonun Qırılı kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığan zaman hasar üçub. Nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalaraq ölüblər. İlkin məlumata görə hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Tural Əhmədov