Ağdaşda  28 yaşlı gənc bıçaqlanaraq öldürülüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. Belə ki,  sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü  İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Ehtiram Muradov