Samuxuda  iki minik maşının toqquşması zamanı  xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, xəsarət alanlar rayon sakinləri 1959-cu il təvəllüdlü V.Məmmədov, 1981-ci  il təvəllüdlü N.Seyfullayev  və 1970-ci il təvəllüdlü  Y.Abbasovdur.

Yaralılar xəstəxanaya  yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

*** 13:49

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov