Türkiyənin Sakarya vilayətində məktəb mikroavtobusunun iştirakı ilə baş verən qəzada 10 nəfər xəsarət alıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, qəzaya mikroavtobusun idarəetməni itirməsi səbəb olub. 

"Sakaryanın Pamukova bölgəsində ibtidai sinif şagirdlərini daşıyan mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində yeddi şagird və iki müəllim olmaqla 10 nəfər xəsarət alıb", - məlumatda deyilir. 

Hadisə yerinə həkimlər və polislər gəlib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.