Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Partlayıcı qurğu evin girişinin yanında dayanan skuterə yerləşdirilib. Dekabrın 17-də səhər saatlarında partlayıcının işə salınması nəticəsində Kirillov və köməkçisi həlak olub.
"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi Moskvada iki hərbçinin qətli ilə bağlı cinayət işi açıb", - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Hadisə yerində müstəntiqlər və əməliyyatçılar işləyir.
***08:54
Dekabrın 17-də səhər saatlarında Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
"Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Zavodunun general-leytenantı İqor Anatolyeviç Kirillov həlak olub. Kirillov və köməkçisi səhər saat 6 radələrində Ryazanski prospektindəki evin girişindən çıxıblar. Bu zaman PUA partlayıb", - KİV qeyd edib.
Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.
Rusiya MN hadisə ilə bağlı hələlik məlumat yaymayıb.
Gülayə Mecid