2024-cü il dekabrın 24-də Zərdab rayonunda Kür çayında batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də tapılıb. Meyit batdığı yerdən təxminən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonunun Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.