Cənubi Koreya prezidenti Yoon Seok Yeol bildirib ki, qan tökülməsinin qarşısını almaq üçün könüllü olaraq prokurorluqda dindirilməyə gedib.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi dövlət başçısının videomüraciətinə istinadən məlumat yayıb.
Yoon Seok Yeolun sözlərinə görə, o, polis və müstəntiqlərin yanğınsöndürən avadanlıqlardan istifadə edərək mühafizə olunan iqamətgaha zorla daxil olduğunu gördükdən sonra könüllü olaraq dindirilməyə qərar verib.
Yoon Seok Yeol vurğulayıb ki, onun dindirilməyə gəlməsi hüquq-mühafizə orqanlarının hərəkətlərinin qanuniliyini tanıması demək deyil. Dövlət başçısı qeyd edib ki, onun heç bir günahı yoxdur.
Xatırladaq ki, Seulda dövlət antikorrupsiya agentliyinin müstəntiqləri Cənubi Koreya prezidentini qiyam ittihamı ilə həbs ediblər.