Ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.

"BakuBus" MMC-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Murad İbrahimli

***

09:20

Maştağa qəsəbəsində "BakuBus"a aid avtobus qəza törədib.

"Unikal" xəbər verir ki, qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Hadisə zamanı xəsarət alan olmayıb.