Mingəçevirdə yaşayış binasında partlayışdan sonra yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən 43 saylı binanın birinci mərtəbəsində yerləşən mənzildə baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və həkim briqadası cəlb olunub.
Yanğın zamanı evdə yataq xəstəsi olan qadın - 1941-ci il təvəllüdlü Osmanova Rahilə yaşadığı evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb, 3-cü mərtəbədə yaşayan və tüstüdən zəhərlənən bir qadın isə xəstəxanaya çatdırılıb.
Ehtiram Muradov