Aprelin 17-də Florida Universitetində baş verən atışma nəticəsində 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Hadisə kampusda baş verib, bundan sonra universitet rəhbərliyi tələbələri sığınacaqlarda qalmağa çağırıb. Polis tez bir zamanda şübhəli şəxsi saxlayıb, onun motivləri araşdırılır.

"Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Vəziyyət nəzarət altındadır", - polisdən bildiriblər.

*** 21:53

ABŞ-nin Florida Universitetində atışma baş verib.

"Unikal" xəbər verir ki, atışma nəticəsində azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şübhəli şəxs saxlanılıb.

Hadisənin baş vermə səbəbləri və silahlı şəxsin kimliyi araşdırılır.