Mingəçevirdə tut yığmaq istəyən kişi ağacdan yıxılıb.
"Unikal"ın məlumatına görə, hadisə bağlar yaşayış massivinin çimərlik yolu ərazisində baş verib. Tut yığmaq üçün ağaca dırmaşan 1981-ci il təvəllüdlü Yunis Əsgərov müvazinətini itirərək yerə çırpılıb, başından və üzündən xəsarət alıb. Yaralı kişi təcili xəstəxanaya çatdırılıb.
Ehtiram Muradov