Argentina millisinin və "Barselonanın hücumçusu Lionel Messi humanist çağırışla çıxış edib. 

Unikal.org apasport.az-a istinadən məlumatına görə, ulduz futbolçu şəxsi feysbuk səhifəsi vasitəsilə Suriya müharibəsinə diqqət çəkib.
"Bir günlük müharibə belə kifayət qədər ağırdır. Suriyalı uşaqlar isə artıq 6 ildir ki, ağır və şiddətli savaşların mərkəzində əsir qalıblar. Bir ata kimi və UNİCEF-in səfiri kimi bu, mənim ürəyimi ağrıdır. Hər birinizdən xahiş edirəm ki, müharibələrə son qoymaq üçün UNİCEF-ə öz səsinizi yollayın.

Qeyd edək ki, dekabrda La Liqanın başqa ulduzu Kristiano Ronaldo da müharibədən əziyyət çəkən suriyalı uşaqlarla bağlı videomüraciət etmişdi.