Bu gün futbol üzrə Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Unikal.org xəbər verir ki, son oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan çempionu "Qarabağ da Sloveniyanın "Olimpiya klubu ilə cavab görüşünə çıxacaq.
Bu gün keçiriləcək oyunlarla ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gələcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
18 iyul
21:00. Şerif (Moldova) - Torpedo (Kutaisi, Gürcüstan) (1:2)
21:00. Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) (1:0)
21:00. Zrinski (Bosniya və Herseqovina) - Spartak (Trnava, Slovakiya) (0:1)
21:45. Rusenborq (Norveç) - Valyur (İslandiya) (0:1)
22:00. Sutyeska (Çernoqoriya) - Astana (Qazaxıstan) (0:1)
22:45. Seltik (Şotlandiya) - Alaşkert (Ermənistan) (3:0)