Abşeron rayonunda soyğunçuluq hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.
1969-cu il təvəllüdlü Zərinə Qaracayevanı naməlum iki şəxs boğmağa cəhd göstərib. Naməlum şəxslər qadına hədə-qorxu gələrək onun üzərində olan qızıl-zinət əşyalarını götürüb, hadisə yerindən uzaqlaşıblar.
Z.Qaracayeva bu barədə Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.
Abşeron RPİ-nin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb.